image-imagesbackend

AYİB Ukraynaya 1,3 milyard avrodan çox vəsait ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı ( AYİB ) Ukraynaya 1,3 milyard avrodan çox maliyyə vəsaiti ayırmaq barədə qərar qəbul edib.
Elchi.az xəbər verir ki, AYİB-in Direktorlar Şurası Ukraynaya 1,3 milyard avrodan çox investisiya qoyuluşunu təsdiqləyib.
Bu vəsait nəqliyyat və enerji infrastrukturunun bərpasına, paylanmış istehsalın inkişafı üzrə dövlət proqramlarına dəstək və enerji səmərəliliyinin artırılmasına yönəldiləcək.
Sentyabrın 13-də AYİB-in mətbuat xidməti bildirib ki, bank Ukraynaya enerji infrastrukturunun fəaliyyətini dəstəkləmək üçün 700 milyon avro məbləğində kredit zəmanəti verəcək. Bildirilib ki, 2022-ci ildən AYİB-in Ukraynaya investisiyaları 4,6 milyard avro təşkil edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki