Avropa ölkələri Böyük Britaniyanın iştirakı ilə Avropa yenidən silahlanma bankının və Ümumavropa müdafiə maliyyələşdirmə fondunun yaradılmasını müzakirə edirlər.
Elchi.az xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən “Financial Times” (FT) qəzeti yazıb.
Onun sözlərinə görə, Cənubi Afrika Respublikasına toplaşan Avropa ölkələrinin maliyyə nazirləri Böyük Britaniyanın iştirakı ilə yenidən silahlanma bankı və ya ümumi fondun yaradılmasını müzakirə edirlər. “Hadisələr sürətlə inkişaf edir”, – qəzet rəsmilərdən birinin sözlərini sitat gətirib.
Təkliflərdən biri yenidən silahlanma bankının yaradılmasıdır. O, Avropa Yenidənqurma və İnkişaf Bankının timsalında yaradılmalıdır. Yenidən Silahlanma Bankı hərbi texnikanın alınması, eləcə də müdafiə sektorunda sənaye layihələri üçün həm özəl sektora, həm də hökumətlərə kreditlər verə bilər. Qəzet qeyd edib ki, hazırda Aİ-yə sədrlik edən Polşa bu təklifi dəstəkləyib.
FT Böyük Britaniya və Aİ-nin iştirakı ilə birgə fondun yaradılmasının da müzakirə olunduğunu yazıb. Analitiklərin fikrincə, belə bir fondun məhdud miqyası onun bankdan daha tez qurulmasına imkan verə bilər ki, bu da onu inzibati baxımdan asanlaşdırır.
Yeganə