image-17400481771245034837_1200x630backend

Avropa anbarlarında qaz ehtiyatları 42,5 faizə enib

Avropanın yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 42,5 faizə enib. Fevral ayında anbarlardan qaz götürülməsi son dörd ildə rekord səviyyəyə çatıb.

Elchi.az  xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümü başlayandan bəri Avropa anbarlarından 61,5 milyard kubmetrdən çox qaz götürülüb.

Fevralın 18-də anbarlardan çıxarılan qazın həcmi 842 milyon kubmetr, vurulan qazın həcmi isə 16 milyon kubmetr olub.

Ötən mövsüm Avropa anbarlarından qaz çıxarılması 2024-cü il martın 31-də 58,44 faiz ehtiyatın qaldığı vaxt başa çatmışdı. İndi isə qaz ehtiyatlarının həcmi 42,59 faizdir.

Cari ilin ilk yarısı qitədə havalar soyuq keçsə də, istirahət günləri və növbəti həftədə xeyli istiləşmə proqnozlaşdırılır. Yanvar ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 21 faiz, fevralda isə cəmi 12 faiz təşkil edib.

Fevral ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması da rekord səviyyəyə çatıb. Hazırda Avropanın qaz kəmərlərinə maye qazın vurulması maksimum gücün 50 faizinə bərabərdir. Avropa birjasında min kubmetr qazın qiyməti 569 dollara yüksəlib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki