Rusiya Federasiyasından olan turistlər keçən il Maldiv adalarına 225 mindən çox səfər ediblər.
Elchi.az xəbər verir ki, bu, Rusiya turist axını üçün yeni tarixi rekorddur.
Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bildirir. Kurorta ziyarət üçün ən populyar vaxtlar qış ayları, mart, iyul, avqust, sentyabr və oktyabr aylarıdır. Səfərlərin pik nöqtəsi oktyabrda olub.
“2024-cü ildə Maldiv adalarına Rusiyadan gələn turist axını 225 205 ziyarətlə tarixi rekorda imza atıb.
Assosiasiya həmçinin xəbərdarlıq edib ki, bu məlumatlar FSB Sərhəd Xidmətinin statistikasından fərqlənəcək, çünki onlar yalnız Maldiv adalarına birbaşa reyslə səyahət etmiş turistləri hesablayır. ATOR ekspertləri izah ediblər ki, turistlərin təxminən 45%-i BƏƏ hava limanları vasitəsilə uçur, ona görə də Rusiya sərhədçiləri onları BƏƏ-yə turist axınının bir hissəsi hesab edəcəklər.
Yeganə