image-2aeb10c7-66fa-31ec-8fd9-a5756f50cc28_850backend

Argentinada vəzifəli şəxs ölkənin əsas probleminin sakinlərlə bağlı olduğunu deyib

Argentina prezidentinin məsləhət şurasının rəhbəri Demian Reidel beynəlxalq investisiya forumunda çıxış edərək, ölkənin əsas probleminin sakinlərlə bağlı olduğunu bildirib.

Elchi.az  xəbər verir ki, o, Argentinada yeni texnologiyaların, o cümlədən süni intellektin inkişafı perspektivlərinə həsr olunmuş tədbirdə çıxış edib.

“Bizim böyük ərazimiz, enerji mənbələrimiz və suyumuz var. Bura silahlı münaqişələrin, sunamilərin, zəlzələlərin olmadığı bir ərazidir. Təbii ki, bu ərazinin problemi argentinalıların məskunlaşmasıdır”, – Reydel deyib.

O bildirib ki, Argentina makroiqtisadi qeyri-sabitlik və kifayət qədər hüquqi təminatların olmaması səbəbindən xarici investorlar arasında inamsızlıq yaradır.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki