Charite klinikasının aparıcı alman kardioloqu Volfqanq Heydelberqer “Deutsche Gesundheit Nachrichten” nəşrinə müsahibəsində bildirib ki, dəniz yosunun istifadəsi ürək əzələlərinin səmərəli işləməsinə kömək edir və bununla da miokard infarktı və insult riskini azaldır.
Elchi.az xəbər verir ki, Almaniyanın aparıcı universitetlərinin alimləri tərəfindən aparılan araşdırmalara görə, dəniz yosunu müntəzəm istehlakı miokard infarktı və insult riskini 37% azalda bilər.
Bu, yosunların tərkibində olan yod, kalium və maqneziumun unikal birləşməsindən qaynaqlanır.
Heidelberger qeyd edir: “Həftədə cəmi 100 qram dəniz yosunu ürək əzələlərinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və qan təzyiqini normallaşdıra bilər”. 15.000 insanın iştirak etdiyi araşdırmada, həmçinin beş il ərzində dəniz yosunu istehlak edənlərin nəzarət qrupu ilə müqayisədə ümumi ürək-damar xəstəliklərində 42% azalma olduğu müəyyən edilib.
Bununla belə, aşkar faydalı xüsusiyyətlərə baxmayaraq, kardioloq yosunların həddindən artıq istehlakına qarşı xəbərdarlıq edir. Mütəxəssis qeyd edir ki, həddindən artıq miqdarda yod xüsusilə qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkənlər üçün təhlükəli ola bilər. Heidelberger özünüzü həftədə 150-200 qram dəniz yosunu ilə məhdudlaşdırmağı tövsiyə edir.
Yeganə