Almaniyada baş nazir seçkilərinin 2025-ci il mayın 6-na təyin edildiyi bildirilir.
Elchi.az xəbər verir ki, Federal Parlamentin Mətbuat Xidmətindən verilən açıqlamada qeyd olunub ki, Parlament sədri Julia Klöckner Almaniya kanslerini seçmək üçün 6 may 2025-ci il çərşənbə axşamı günü ümumi yığıncağı çağırmağa hazırlaşır. Bəyanatda seçkinin müvafiq partiyalar tərəfindən koalisiya razılaşmasının təsdiqlənməsi şərti ilə keçiriləcəyi bildirilib.
Federal Parlamentin yeni baş naziri seçməsindən sonra yeni kabinet üzvlərinin həmin gün keçiriləcək plenar iclasda and içəcəyi gözlənilir.
Nuranə Məmmədova