image-afrikada-yeni-donem-fransa-2335097_1backend

Afrikada yeni bir dövr bağlanır: Fransa

Fransanın Mali, Niger və Burkina Fasodan çıxması, Seneqalın bu ölkədəki Fransa bazasını bağlamaq qərarı və Çadın hərbi əməkdaşlığı dayandırmasından sonra Fransa bölgədəki müttəfiqlərini bir-bir itirir. O qədər ki, 2020-ci ildə 10.700 olan Saharaaltı Afrikada Parisdəki əsgərlərin sayı son 5 ildə 2.280-ə düşüb.
Elchi.az xəbər verir ki, Fransanın Qərbi Afrikadakı hərbi mövcudluğu onun müstəmləkəçilik tarixindən qaynaqlanır.
1960-cı illərdə Niger, Çad və Qabon da daxil olmaqla bir çox Afrika ölkələri müstəqillik əldə edib, fransızların himayəsindən azad edilsələr də, Paris hökuməti yaxın vaxtlara qədər müxtəlif əməkdaşlıqlarla bu ölkələrdə hərbi varlığını qoruyub saxladı.
Fransanın 1970-ci ildə Afrika qitəsində 20 min əsgəri olduğu halda, 2022-ci ildə bu rəqəm 6 minə qədər azaldı.
Bu vəziyyət çox vacibdir. Çünki Afrika qitəsindəki fransız əsgərləri Parisin bölgəyə təsirinin ən mühüm göstəricisi idi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki