Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15-də keçirilə bilər.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Departamentdən bildiriblər ki, onlar bu tarixi “hədəfləyirlər”, lakin seçkilərin tarixi ilə bağlı qərarı parlament verir.
Bundan əvvəl Aslan Bjaniya postunu tərk etdikdən sonra Abxaziyanın vitse-prezidenti Badra Qunba ölkənin müvəqqəti prezidenti olub. Onun bu vəzifəyə təyin olunmasına 28 deputat səs verib. Bundan əvvəl Abxaziya parlamenti prezident Bjaniyanın istefasını qəbul edib. 28 deputat bu qərarı dəstəkləyib, yalnız biri əleyhinə çıxıb.
Yeganə