Yanvarın 20-də keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi terrorçular və ekstremistlər üçün “hədəf”ə çevrilə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” jurnalı FTB-nin xüsusi hesabatına istinadən xəbər verir.
“Xarici terrorçular, yerli ekstremistlər və tənha canavarlar yalançı bomba xəbərdarlığı edə, yalan zənglər edə, pilotsuz uçuşlar həyata keçirə və ya avtomobili izdihamın üzərinə vura bilərlər”.
Xüsusilə, hüquq-mühafizə orqanları Trampın qələbəsindən narazı olan ekstremistlərdən narahatdır, çünki onlar terror aktını onun dövlət başçısı kimi vəzifəyə başlamasının qarşısını almaq üçün son fürsət kimi qəbul edə bilərlər. Bundan əlavə, hesabatda terror hücumlarında iştirak edə biləcəyi iddia edilən İran strukturlarının qorxusundan xəbər verilir.
Bundan əvvəl Trampın andiçmə mərasimində Tesla və SpaceX-in baş direktoru İlon Mask, Amazon-un qurucusu Ceff Bezos və Mark Zukerberqin iştirak edəcəyi məlum olmuşdu. Qeyd olunur ki, amerikalı sahibkarlar 2024-cü ildə ABŞ-ın 47-ci prezidentinin seçki kampaniyasına xeyli vəsait ayıraraq onun rəğbətini qazanmağa çalışıblar.
Yeganə