Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın verdiyi vizasının ləğv edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Paytaxt Boqotadakı “Casa de Narino” Prezident Sarayında açıqlama verən Petro ABŞ-ın vizasını ləğv etdiyini və bu səbəbdən hələlik ABŞ-a gedə bilməyəcəyini bildirib.
Vizasının ləğv edildiyini zarafatla izah edən Petro, adını çəkmədən ABŞ prezidenti Donald Trampı nəzərdə tutaraq bu ifadələri işlədib:
“Artıq gedə bilmərəm, çünki vizamı ləğv etdilər. Əslində vizaya ehtiyacım yox idi, amma yaxşı. Artıq bir neçə dəfə Donald Duck-i görmüşəm, indi başqa şeylərə baxacağam. Burada bəzi şeylərə hazır olmalıyıq”.
Petro, ABŞ-ı vizasını ləğv etdiyi üçün tənqid edərək, “Hitler və Mussolininin hüquqi tezislərinə qarşı insanlığı, demokratiyanı və respublikanın təməllərini müdafiə edən ABŞ-a ədalət məhkəməsi və yüksək məhkəmə kimi davranması lazım olduğunu xatırladıram” deyib.
Kolumbiya mətbuatının yazdığına görə, bu qərara görə iki ölkə arasında baş verən son miqrasiya böhranı məsuliyyət daşıyır. Yanvar ayında ABŞ-ın bəzi kolumbiyalı mühacirlərin deportasiyası iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.
Martın 27-də Kolumbiyaya səfər edən Petro ilə ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem arasında immiqrasiya siyasətləri ilə bağlı fikir ayrılığı olduğu və Petronun vizasının bu görüşdən sonra ləğv edilmiş ola biləcəyi iddia edilir.
1996-cı ildə ABŞ narkotik kartellərinin onun seçki kampaniyasını maliyyələşdirdiyi iddialarından sonra Samperin vizasını ləğv etdi.
Nuranə Məmmədova