Pentaqonun bəyanatında deyilir ki, ABŞ, Böyük Britaniya və Avstraliya ultrasəs cihazlarının sınaqlarının genişləndirilməsi və müvafiq texnologiyaların tətbiqinin sürətləndirilməsinə yönəlmiş saziş imzalayıblar.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, ölkələr AUKUS Pillar II layihəsi çərçivəsində hipersəs silah sistemlərinin inkişafı, sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün bir-birlərinin eksperimental bazalarından istifadə etmək və texniki məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər.
“Biz hipersəs konsepsiyasının və kritik dəstəkləyici texnologiyaların inkişafını sürətləndirəcək aktiv üçtərəfli sınaqlar və təcrübələr seriyası vasitəsilə hücum və müdafiə hipersəs texnologiyalarını inkişaf etdirmək və çatdırmaq üçün kollektiv qabiliyyətimizi gücləndiririk”,-deyə ABŞ Müdafiə Texnologiyaları Tədqiqatları və Mühəndislik üzrə Müşavir Heidi bildirib.
Yeganə