2025-ci ildə Ermənistan 4 il ərzində Avropa İttifaqından (Aİ) 270 milyon avro dəstək alacaq.
Elchi.az xəbər verir ki, bu barədə Milli Məclisdə, parlamentin daimi komissiyalarının birgə iclasında Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
Onun sözlərinə görə, Ermənistan-Avropa İttifaqı münasibətləri çərçivəsində bir sıra layihələri fərqləndirmək lazımdır. Onların arasında “Müqavimət və inkişaf” da var. Bu proqram çərçivəsində 270 milyon avro məbləğində dəstək nəzərdə tutulub. “Bu proqram 4 il müddətinə hesablanıb və hazırda son mərhələdədir”, – Hovhannisyan bildirib.
Yeganə