Türkiyənin Kayseri şəhərində mədə ağrısı şikayəti ilə xəstəxanaya aparılan uşağın mədəsindən çıxarılanlar həkimləri heyrətə gətirib.
Elchi.az xəbər verir ki, 15 yaşlı oğlanın mədəsindən 4 ədəd metal desert qaşığı və bir mismar çıxarılıb.
Kayseri Şəhər Xəstəxanası Uşaq Cərrahiyyəsi və Urologiyası Klinikasının Başçısı Mustafa Erman Dörterler və işçi qrupu tərəfindən təxminən 2 saat davam edən əməliyyatda uşağın mədəsindəki qaşıqlar və mismar çıxarılıb. Oğlan müalicə olunduqdan sonra evə buraxılıb.
Yeganə
Mənbə: Haberler.com