image-1630649119_shollar-su-kemeribackend

10 manatlıq şirkət Şollar su kəmərini çəkəcək – “Azərsu”dan şübhəli tender 

“Azərsu” ASC ΙΙΙ Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihələndirmənin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Hydro-Geo Environnement Group” MMC-dir.

Qalib şirkətə 2 milyon 330,5 min manat ödəniləcək.

Qeyd edək ki, adıçəkilən şirkət 2018-ci ildə təsis edilib. Yaranan zaman nizamnamə kapitalı cəmi 10 AZN təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınıb. Qanuni təmsilçisi Saleh Əliyar oğlu Seyfullayevdir.

Bildirək ki, bu şəxs haqqında internet resurslarında qısa araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik.

Diqqətə çatdıraq ki, şirkət Geodeziya, Topoqrafiya, Kartoqrafiya (Xəritəçəkmə), Məsafədən Zondlama, Fotoqrammetriya, DRON ölçmələri (PUA-Pilotsuz Uçuş Aparatları), Coğrafi İnformasiya Sistemləri (CİS), Hidroqrafik ölçmələr (Batimetriya / Side-Scan Sonar / təkşüalı / çoxşüalı ölçmələr), Ətraf Mühit, Geologiya və Geofizika, İT və Sistem İnteqrasiyası, Mühəndislik, Məsləhət, həmçinin müxtəlif layihələndirmə sahələri üzrə ixtisaslaşıb.Valyuta

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki