Futbol üzrə Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Elchi.az xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. “Liv Bona Dea Arena”da reallaşan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 31-ci dəqiqədə qonaqların heyətində Giorgi Papunaşvili açıb. 89-cu dəqiqədə isə Felipe Santos penaltidən bərabərlik qoluna imza atıb.
Bu nəticədən sonra Naxçıvan klubu 21 xalla 3-cü, “Zirə” isə 17 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci matçında “Səbail” “ASCO Arena”da “Sumqayıt”ı sınağa çəkəcək. Qarşılaşma 18:30-da start götürəcək.
Qeyd edək ki, turun açılış oyununda ötən gün “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə üstələyib.
***
XI turun daha bir matçı baş tutub.
“ASCO Arena”da “Səbail”in “Sumqayıt”ı qəbul etdiyi görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.
Bu qələbə sayəsində “Sumqayıt” xallarının sayını 10-a çatdırıb. “Səbail” isə 7 xala malikdir.