backend

Xəzərdə suitilər kütləvi şəkildə tələf olur

Son günlər Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınıb.
Elchi.az Azərtac-a istinadla xəbər verir ki, sahildə daha 121 ölü suiti aşkar edilib.
Oktyabrın 24-dən 29-dək sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilib. Bu bölgədə suitilərin ölüm halları əvvəllər də qeydə alınıb.
Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki