image-8888backend

“Türklər hər zaman bizim xilaskarımız ola bilər” – Erməni siyasətçidən SENSASİON AÇIQLAMA 

” Türkiyə ilə sərhədlər açılandan sonra istənilən halda Ermənistan boşalacaq. “- Alp.az xəbər verir ki, bunu erməni siyasətçi  Artur Danielyan öz Facebook səhifəsində yazıb.

“Maraqlıdır ki, insanlar guya türkləşməyə qarşı mübarizə aparırlar, onlar konkret nə üçün, daha doğrusu, kimlər üçün mübarizə aparırlar? Ermənistan regionda ən aşağı doğum səviyyəsinə malikdir. Biz hamımız rifah baxımından bərabərik. Doğum nisbətinə görə türklərdən yalnız İran öndədir. Burada da çoxuşaqlılar azərbaycanlılardır .” – Artur Danielyan  yazıb.

“Türklər hər zaman bizim xilaskarımız ola bilər. Amma biz onlara düşmən kimi baxmışıq. Məhz bu problemlərdən qaynaqlanır ki, rəzil şəraitdə yaşayırıq. Qarabağ kimə lazımdır. O adamları heç zaman Qarabağı görməyiblər. Xaricdə oturub insanları mübarizəyə səsləyənlər həmişə bizi uçuruma aparıblar. Bir sözlə sərhəd açılan kimi insanlar Türkiyəyə axın edəcək. Bunu heç kim etiraf etmir”- Artur Danielyan  yazıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki