image-b80efe47-c241-30f7-bb9a-3a5345d372d6_850backend

Türkiyə Prezidenti: Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyirik

Türkiyə Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyir.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzv dövlətlərin liderlərinin onlayn görüşündə deyib.

Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin (Rusiya və Ukrayna – red.) masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib:

“Biz tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mümkün qədər sürətli formada atəşkəsin elan edilməsini, eləcə də hava və dəniz üzərindən hücumların dayandırılması ideyasını dəstəkləyirik”.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.

Xavər
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki