image-215301d0-d3ef-3e80-82c8-cf79677baf1f_850-1backend

Trampın partiyası Pentaqonun xərclərini 150 milyard dollara qədər artırmağa çalışır

ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil olunan respublikaçılar Pentaqonun xərclərinin 150 milyard dollar artırılmasına çalışacaqlar.

Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən bildirib.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi respublikaçıların təklif etdiyi tədbirlər paketini gələn həftə müzakirə edəcək. Lakin nəşrin vurğuladığı kimi, Respublikaçılar Partiyasının üzvləri hələ heç bir palatada müdafiə haqqında qanun layihəsi təqdim etməyiblər

Qeyd olunub ki, respublikaçılar müdafiə sahəsinin maliyyələşdirilməsi ilə bağlı daha mütəvazi planlardan imtina edəcək və Pentaqonun xərclərinin 150 milyard dollar artırılmasına çalışacaqlar.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki