image-49backend

“Trampın hakimiyyətə gəlməsi…”-Netanyahu

“ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışı Yaxın Şərqdə qüvvələrin sıralanmasını dəyişib”.

Elchi.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Trampın Ağ Evə qayıtması İran təcavüzünün yatırılmasına nail olmaq istəyənlərə böyük dəstək verir. Onun qayıdışı İsraili və Yaxın Şərqin fərqli olmasını, Yaxın Şərqin firavan və dinc olmasını istəyən hər kəsi ruhlandırır.

Düşünürəm ki, bu, dünya vəziyyətini dəyişdirir və mütləq Yaxın Şərqdəki vəziyyəti dəyişdirir”, – İsrailin baş naziri Fox News telekanalına müsahibəsində bildirib.

Netanyahu həmçinin əmin edib ki, ABŞ-la əməkdaşlıq İsrailə ciddi nəticə əldə etməyə və Yaxın Şərqi dəyişməyə imkan verəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki