ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq istəməməsinin Vaşinqton üçün böyük problem olacağına, lakin Rusiya liderinin sülhə can atdığına dair fikirlərini bildirib.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Xeyr, məncə, Putin dayanmaq istəyir və bu mənim ona sualım idi, çünki o, davam etsəydi, bu, bizim üçün böyük problem olardı, mənim üçün də böyük problem olardı”, – ABŞ prezidenti Ağ Evin mətbuat xidməti ilə söhbətində deyib.
“Düşünürəm ki, o, buna son qoymaq istəyir və onlar (ruslar) bunu tez bitirmək istəyirlər”, – Tramp əlavə edib.
“Düşünürəm ki, o, mübarizəni dayandırmaq istəyir. Onların böyük, güclü [hərbi] maşını var, bunu başa düşürsən? Və Hitlerə qalib gəldilər, Napoleonu məğlub etdilər. Bilirsiniz, onlar çoxdan mübarizə aparırlar. “Onlar bunu əvvəllər də edirdilər. Amma düşünürəm ki, o, mübarizəni dayandırmaq istərdi”, – Amerika administrasiyasının rəhbəri bildirib.
O, əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski də Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırdır.
Yeganə