Amerikalı iş adamı İlon Mask və əvvəllər Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd vəzifəsinə namizəd olmuş biznesmen Vivek Ramasvami yeni administrasiyada Hökumətin Səmərəliliyi Nazirliyinə rəhbərlik edəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə Trampın keçid komandasının çərşənbə axşamı yaydığı bəyanatında deyilir.
“Mən böyük İlon Maskın amerikalı vətənpərvər Vivek Ramasvami ilə birlikdə Hökumətin Effektivliyi Nazirliyinə (DOGE) rəhbərlik edəcəyini elan etməkdən məmnunam. Bu böyük amerikalılar birlikdə mənim administrasiyamın hökumət bürokratiyasından qurtulmasına, həddindən artıq tənzimləməni, israfçılığı azaltmağa və federal agentlikləri yenidən strukturlaşdırmağa zəmin yaradacaqlar”, – bəyanatda deyilir.
Tramp əlavə edib ki, yeni qurum “geniş miqyaslı struktur islahatları həyata keçirməyi hədəfləyərək” Ağ Ev və onun Büdcə Ofisi ilə əməkdaşlıq edəcək. Onun planlarına görə, 2026-cı ildə iyulun 4-də, ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbulunun 250-ci ildönümü qeyd edilərkən, ölkə həmin departamentdən “böyük səmərəliliyi ilə xarakterizə olunan “kiçik hökumət” şəklində böyük hədiyyə alacaq”. .
Yeganə