image-25backend

Tramp fevralın sonuna qədər Putinlə görüşü mümkün hesab edib

ABŞ prezidenti Donald Tramp güman edir ki, onun Rusiya prezidenti Vladimir Putinlə görüşü fevralın sonuna qədər baş tuta bilər.

Elchi.az xəbər verir ki, Amerika lideri çərşənbə axşamı yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib.

Jurnalistlərlə müsahibə Trampın Florida ştatının “West Palm Beach” yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ prezidentindən ayın sonuna qədər Putinlə görüşünü hələ də gözlədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,”,- deyə Tramp cavab verib. Onun bu məsələ ilə bağlı başqa şərhi olmayıb.

Fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarından sonra Rusiya liderinin köməkçisi Yuri Uşakovun dediyi kimi, Putinlə Trampın görüşünün dəqiq tarixi hələ müəyyən edilməyib. Uşakov bildirib ki, görüşün gələn həftə baş tutması ehtimalı azdır. Putin və Tramp arasında mümkün danışıqlar yeri kimi Səudiyyə Ərəbistanı qeyd edilib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki