image-2025-01-15t051321z_1379536981_rc25v9arzlgj_rtrmadp_3_greenland-usa-trump-china-pic_32ratio_900x600-900x600-6609backend

Tramp Braziliya ilə əməkdaşlığı gücləndirə bilər

Braziliya Trampın rəhbərliyi altında ABŞ ilə əməkdaşlığın mümkün gücləndirilməsini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı kimi Latın Amerikası ölkələri, xüsusən də Braziliya ilə əməkdaşlığı gücləndirə bilər. Bu barədə Folha de S.Paulo mənbələrə istinadən yazır.
Mənbəyə görə, ABŞ Çinin regionda iqtisadi təsirini cilovlamaq üçün Braziliya iqtisadiyyatına investisiyaları artıra bilər. Eyni zamanda, onların məlumatına görə, Tramp böyük ehtimalla ölkə prezidenti Luiz İnasio Lula da Silvanın administrasiyasına təzyiq göstərməyəcək. Həmçinin qeyd edilir ki, Amerika lideri Argentina lideri Xavyer Maylidən fərqli olaraq Braziliyanın rəhbərinə açıq hücumdan imtina edib.
Braziliya da əmindir ki, Tramp BRİKS üzvü olan ölkələrə tariflər tətbiq etmək vədinə baxmayaraq, Cənubi Amerika respublikasına qarşı sərt iqtisadi tədbirlər tətbiq etmək istəməyəcək.
Noyabrın 30-da Tramp özünün Truth Social səhifəsində BRİKS ölkələrini 100% tariflərlə hədələyib. Daha sonra o, BRİKS-in dollara alternativ valyuta yarada bilməyəcəyini, çünki ABŞ-ın daha “bunu kənardan izləməyəcəyini” bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki