image-9409a27b-d7a0-346e-9519-e00e9cb9347f_850backend

Texasda zəlzələ olub

ABŞ-nin qərbində yerləşən Texas ştatında 5,4 maqnitudada zəlzələ baş verib.

Elchi.az -ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 01:47-də (Bakı vaxtı ilə saat 05:47) 115 min nəfərdən çox əhalisi olan Odessa şəhərindən 185 kilometr qərbdə baş verib.

Qeyd olunur ki, zəlzələ ocağı səkkiz kilometr dərinlikdə yerləşib.

Məlumatda o da bildirilir ki, mümkün tələfat və dağıntılar barədə hələ məlumat yoxdur.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki