image-31419285-5907-33b3-9047-d477f2a838e3_850backend

Suriyada müvəqqəti hökumət martın 1-nə qədər yaradılacaq

Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.

Elchi.az xəbər verir ki, bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.

“Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək”, – o qeyd edib.

Məhəmməd əl-Bəşirin sözlərinə görə, qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki