“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi şəhərində qaçqın və məcburi köçkünlərə yardım çatdırıb.Humanitar aksiya zamanı Rusiya sülhməramlıları isti paltarlar, böyüklər və uşaqlar üçün paltarlar, uşaq oyuncaqları, məişət əşyaları, dərman və ərzaq bağlamaları bağışlayıblar. Hadrut rayonundan, Hadrut şəhərindən olan qaçqınlar üçün məqsədyönlü humanitar aksiya keçirilib. ”, – Alp.az xəbər verir ki, bu açıqlamanı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Andrey Kudrin bildirib.
Maraqlıdır ki, 30 ildir işğal altında qalan Qarabağdan olan bir məcburi köçkün Azərbaycanlı ailəsinə yardım etməyən Rusiyanın bu sevgisi haradan qaynaqlanır. Rusiya Müdafiə Nazirliyi öz açıqlamalarında Hadrutdan olan qaçqınları önə çəkərək, onların yurd-yuvalaranı qayıdacağını açıqlaması Rusiyanın hansı çirkin niyyətə sahib olduğunu göstərir.
Erməni mediası bildirir ki, Xankəndində məskunlaşan Hadrut qaçqınlarını Rusiya himayəyə götürüb.