NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 2014-cü ildə vəzifəyə başlayarkən əsas məqsədlərindən birinin Rusiya ilə siyasi dialoqu gücləndirməyə çalışmaq olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Şimali Atlantika Alyansının keçmiş rəhbəri “Politico” nəşrinə müsahibəsində Rusiya tərəfi ilə danışıqlardan danışıb.
O, 2022-ci ilin yanvarında Rusiya-NATO Şurasında iclasın keçirildiyini xatırladıb və qeyd edib ki, alyans siyasi və diplomatik prosesin aparılması üçün mümkün olan hər şeyi etməyi vacib hesab edir.
“2014-cü ildə gələndə əsas vəzifələrimdən biri Rusiya ilə siyasi dialoqu gücləndirməyə çalışmaq idi. Lakin bu illər ərzində, xüsusən 2021-ci ilin payızında və 2022-ci ilin əvvəlində biz siyasi dialoq üçün məkanın son dərəcə məhdud olduğunu gördük”, – Stoltenberq bildirib.
Yeganə