ABŞ-da keçirilən müxtəlif sorğular göstərdi ki, amerikalıların yarısından çoxu yeni tarif siyasətlərinə qarşıdır və onların ölkə iqtisadiyyatına zərər vuracağından narahatdır.
Elchi.az xəbər verir ki, Quinnipiac Universitetində aparılan sorğu nəticəsində məlum olub ki, respondentlərin 72 faizi yeni tariflərin qısa müddətdə ABŞ iqtisadiyyatına zərər verəcəyini bildirib.
Eyni sorğuda iştirakçıların 53 faizi bu vergilərin uzunmüddətli perspektivdə iqtisadi ziyana səbəb olacağını düşündüyünü bildirib. Amerikalıları ən çox narahat edən məsələ ərzaq və istehlak mallarının qiymətlərində 47 faizlə potensial artımdır. Bunu yüzdə 20 ilə kirayə, yüzdə 17 ilə birja və yüzdə 6 ilə iş statusu izlədi. Başqa bir sorğu şirkəti olan Navigator Research-in sorğusuna görə, respondentlərin 55 faizi prezident Donald Trampın tarif siyasətinə qarşı çıxıb. Sorğu həmçinin müəyyən edib ki, respondentlərin 59 faizi ABŞ iqtisadiyyatının getdikcə pisləşdiyini düşünür, 62 faizi isə yaxın aylarda şəxsi maliyyələri ilə bağlı narahatdır.
Reuters və Ipsos Group-un birgə sorğusuna əsasən, respondentlərin 70 faizindən çoxu gündəlik istifadə olunan malların, avtomobillərin, mobil telefonların və digər məhsulların qiymətlərinin gömrük rüsumları səbəbindən yaxın altı ayda artacağına inandıqlarını bildirib. Bu sorğuda iştirakçıların 57 faizi yeni gömrük vergisi təcrübələrinə qarşı çıxıb.
Nuranə Məmmədova