image-resim-2025-02-19-193536603backend

Sorğu: Amerikalıların hava səyahətinə inamı azalıb

Vaşinqtonda helikopter-təyyarə toqquşmasından sonra ölkədə aparılan sorğu amerikalıların hava səyahətinə inamının azaldığını göstərib.
Elchi.az xəbər verir ki, “Associated Press -NORC” İctimai Əlaqələr Tədqiqat Mərkəzinin birgə sorğusunun nəticələrinə görə , hava səyahətinin təhlükəsizliyinə əmin olan amerikalıların faizi 2024-cü ilə nisbətən 7 faiz azalıb.
Fevralın 6-10-u arasında aparılan sorğu, hava səyahətinin təhlükəli olduğunu düşünən amerikalıların faizinin 12 faizdən 20 faizə yüksəldiyini ortaya qoydu.
Amerikalıların təxminən üçdə ikisi piyada və ya avtomobil sürməyi təhlükəsiz nəqliyyat formaları hesab edir, lakin sorğuya əsasən, yalnız yarısı metro və ya yüngül relsli yolun təhlükəsiz olduğunu deyir.
ABŞ Federal Aviasiya İdarəsi yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında American Airlines sərnişin təyyarəsi ilə Black Hawk hərbi helikopterinin toqquşduğunu açıqlayıb.
Qəzanın görüntüləri tezliklə sosial şəbəkələrdə yayılmağa başlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki