Şimali Koreya bu həftə uzun mənzilli ballistik raketi sınaqdan keçirib. Bu barədə Cənubi Koreyanın “Renhap” agentliyi xəbər verib.
Raket buraxılışı yanvarın 25-də həyata keçirilib. Rəsmi Pxenyan həmçinin qeyri-döyüş başlıqlarını sınaqdan keçirmək üçün yanvarın 27-də “yer-yer” idarə olunan taktiki raketləri sınaqdan keçirdiyini deyib.