Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ-ın Cənubi Koreyaya nüvə sualtı qayığı göndərməsinə sərt reaksiya verib və Vaşinqtonu bölgədəki təxribatçı hərəkətlərinə son qoymağa çağırıb. Kim, təhdidlər davam edərsə, “düşmənin təhlükəsizliyini strateji səviyyədə təhdid edən hərəkətlərin artırılmasını” nəzərdən keçirəcəkləri barədə xəbərdarlıq edib və əlavə edib: “Düşmənlər Şimali Koreyanın ixtiyarında olan bütün vasitələri səfərbər edərək onun suverenliyini müdafiə etmək əzmini və qabiliyyətini sınamamalıdır”.
Elchi.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo-Conq ABŞ-ın nüvə sualtı gəmisi USS Carl Vinson-un martın 2-də Cənubi Koreyanın Busan şəhərinə gəlməsinə sərt reaksiya verib. Kim yazılı açıqlamada ABŞ və onun bölgədəki müttəfiqlərini Şimali Koreyanın təhlükəsizlik narahatlığına məhəl qoymadan təxribatçı hərəkətlər etməkdə günahlandıraraq, “ABŞ bu cür hərəkətləri ilə Şimali Koreyaya qarşı düşmən və qarşıdurma mövqeyini açıq şəkildə nümayiş etdirdi” deyib. Koreya yarımadasındakı gərginliyin artmasının əsas səbəbinin ABŞ və müttəfiqlərinin bölgədə NATO təsirini artırması olduğunu müdafiə edən Kim, “Biz ABŞ və onun qüvvələrinin suveren bir dövlətin təhlükəsizlik qayğılarını göz ardı edən və bütün regionda sülh mühitini təhlükə altına alan ehtiyatsız hərəkətlərini və güc nümayişlərini şiddətlə qınayırıq” deyib.
Şayəstə Hüseynova