Yaxın Şərq diplomatiyasında əsaslı inkişaf baş verdi. Səudiyyə Ərəbistanının Suriyanın Dünya Bankına olan 15 milyon dollarlıq borcunu öz üzərinə götürməyə hazırlaşdığı ortaya çıxıb.
Elchi.az xəbər verir ki Səudiyyə Ərəbistanının Suriyanın Dünya Bankına təxminən 15 milyon dollarlıq borcunu ödəməyi planlaşdırdığı bildirilir.
Əgər həyata keçirilsə, bu, Bəşər Əsədin devrilməsindən sonra Ər-Riyadın Suriyaya ilk birbaşa maliyyə dəstəyi olacaq.
Bölgədə daha bir inkişaf Qətərdən gəldi. Doha rəhbərliyi İordaniya üzərindən Suriyaya qaz nəql etməyi planlaşdırdığını açıqlasa da, bu təşəbbüsün ABŞ-dan ilkin razılıq aldığı bildirilir. Qətərin məqsədi ölkənin qeyri-adekvat elektrik infrastrukturunu yaxşılaşdırmaqla əsas dövlət xidmətlərini dəstəkləməkdir.
Bu iki mühüm Körfəz ölkəsinin Dəməşq administrasiyası istiqamətində atdığı addımlar ABŞ-ın sanksiyaları və siyasi narahatlıqlar səbəbiylə uzun müddətdir dayandırılan bəzi layihələrin həyata keçirilə bilməməsinin ardından ilk konkret inkişaf kimi diqqət çəkməyə davam edəcək.
Bu arada Suriya bu ay Vaşinqtonda Dünya Bankı və BVF-nin yaz toplantılarına yüksək səviyyəli nümayəndə heyəti göndərməyi planlaşdırır, mənbələr Reuters agentliyinə bildiriblər.
Dəməşq rəhbərliyinin hər hansı ABŞ rəsmisi ilə görüşüb-görüşməyəcəyi hələlik bəlli olmasa da, ABŞ-ın humanitar yardım çərçivəsində 2024-cü ilin əvvəlində tətbiq etdiyi sanksiya istisnasının təsirinin məhdud qaldığı bildirilib.
Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi məsələ ilə bağlı qısa açıqlama verərək, “Fərziyyələrə münasibət bildirmirik. Ancaq planlar rəsmiləşəndə ictimaiyyəti məlumatlandıracağıq” deyib. Dünya Bankı və Suriya hökumətindən hələlik rəsmi açıqlama verilməyib.
Suriyanın valyuta çatışmazlığı səbəbindən mövcud borclarını birbaşa ödəyə bilmədiyi və dondurulmuş aktivlər vasitəsilə ödəmə cəhdlərinin uğursuz olduğu bildirilir.
Dünya Bankı, illərdir müharibədən ciddi ziyan görən Suriyada, xüsusilə elektrik şəbəkəsinin yenidən qurulması və dövlət sektoruna maaş dəstəyinin təmin edilməsində layihələr hazırlayıb.
Nuranə Məmmədova