image-serhat-akinbackend

Sərhat Akını güllələyənlərdən 2-si saxlanıldı

Türkiyədə keçmiş futbolçu Sərhat Akının güllələnməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.

Nazir S.Akına hücum edənlərin şəxsiyyətlərinin müəyyən edildiyini və 4 nəfər şübhəlidən ikisinin saxlanıldığını bildirib:

“Digər şübhəli şəxslərin də tutulması istiqamətində işlər davam etdirilir”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki