Qlobal smartfon nəhəngləri “Samsung” və “Apple”ın satışları ilin dördüncü rübündə azalıb.
Elchi.az xəbər verir ki, “International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına əsasən, 2024-cü ilin son rübündə qlobal smartfon satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 331,7 milyon ədəd təşkil edib.
Hesabatda, satışların ardıcıl altıncı rübdə artdığı və qlobal smartfon satışlarının 2024-cü ildə illik bazda 6,4 faiz artaraq 1,24 milyard ədədə çatdığı ifadə edildi.
Hesabatda bazarda artımın bu il daha yavaş da olsa davam edəcəyinin gözlənildiyi və bazarın ilk beş oyunçusunun satış rəqəmlərinə də yer verildiyi bildirilib.
Hesabatda “Apple” və “Samsung”un dördüncü rübdə və il ərzində ilk iki mövqelərini qoruduqlarına, lakin illik bazda satışlarında azalma yaşandığına diqqət çəkilərək, iki şirkətin bazar paylarının qeydə alınan artım səbəbiylə azaldığı izah edilib.
IDC-nin məlumatına görə, ötən ilin son rübündə “Apple” 23,2 faiz bazar payı ilə birinci yeri tutub.
İkinci yerdə 15,6 faiz bazar payı ilə Samsung, üçüncü yerdə isə 12,9 faizlə Xiaomi qərarlaşıb. Transsion və Vivo hər biri 8,2 faiz bazar payı ilə dördüncü yeri bölüşdülər.
Keçən ilin son rübündə “Apple”ın smartfon satış həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 4,1, Samsung-unki isə 2,7 faiz azalıb.
Nuranə Məmmədova