Rusiya Müdafiə Nazirliyi ordunun Donetsk vilayətinin İlyinka və Petrovka yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Açıqlamada Rusiya ordusunun cəbhədə irəliləyişini davam etdirdiyi, “Cənub və Mərkəzi Hərbi Qrupun bölmələrinin hücumları nəticəsində Donetsk Xalq Respublikasının İlyinka və Petrovka qəsəbələrini azad etdiyi” bildirilib.
Açıqlamada, son 24 saatda Ukraynanın hərbi hava limanı infrastrukturuna, 136 bölgədə pilotsuz uçuş aparatları (PUA) istehsal və saxlama sexlərinə hücumların təşkil edildiyi, 649 təyyarə, 283 helikopter, 37 mindən çox İHA, Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 586 hava hücumundan müdafiə sistemi, 19 min 577 tank və zirehli texnika, 1497 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 18 min 807 haubitsa və minaatan. Topla 28 min 905 xüsusi hərbi maşının məhv edildiyi bildirilib.
Şayəstə Hüseynova