image-2f063144-55s0pltkhkjhy6d8hjx51hbackend

Rusiya Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya Müdafiə Nazirliyi ordunun Donetsk vilayətində Kremennaya Balka qəsəbəsini nəzarətə götürdüyünü bildirib.
Elchi.az xəbər verir ki ,nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyi bildirilən açıqlamada, “Mərkəzi Hərbi Qrupun birlikləri hücumları nəticəsində Donetsk Xalq Respublikasının Kremennaya Balka qəsəbəsini azad edib ” , – ifadəsi işlədilib.
Açıqlamada son 24 saat ərzində 119 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatlarının (PUA) anbar mərkəzlərinə, silah, sursat və yanacaq anbarlarına qarşı hücumların təşkil edildiyi vurğulanıb və bu məlumatlar paylaşılıb:
“Hərbi əməliyyat başlayandan indiyədək 648 təyyarə, 283 helikopter, 35 min 353 PUA, 585 hava hücumundan müdafiə raket sistemi, 19 min 71 tank və zirehli texnika, 1484 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 17 min 418 haubitsa və minaatan Ukrayna ordusunun 32 bölməsi məhv edilib “Xüsusi hərbi maşın məhv edilib”.
Rusiya Müdafiə Nazirliyi ötən gün Rusiya ordusunun Donetsk vilayətində Antonovka və Maksimovka yaşayış məntəqələrini nəzarətə götürdüyü barədə məlumat yayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki