image-24backend

Rusiya 7 uşağı Ukraynaya qaytarıb

Rusiya Qətərin vasitəçiliyi ilə 7 uşağı Ukrayna tərəfinə təhvil verib.

Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.

Uşaqlar və onların yaxınları Qətərin Moskvadakı səfirliyində görüşüblər. Görüşdə ərəb dövlətinin səfiri Əhməd bin Nasser bin Casim Al Tani və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkilinin nümayəndəsi Mariya Lvova-Belova iştirak ediblər.

Uşaq ombudsmanının jurnalistlərə verdiyi məlumata görə, azyaşlıların əksəriyyəti Rusiyada nənələri ilə yaşayırmış. Ancaq 16 yaşlı bir yeniyetmə, demək olar ki, doğuşdan valideyn himayəsindən məhrum olduğu üçün Aleşkinski uşaq evində idi. Böyük qardaşı onun himayəçisi oldu.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki