Oktyabr ayında İsrailin ölkədəki hərbi obyektlərə zərbələrindən sonra İran Tehran yaxınlığında “müdafiə tuneli” inşa edir.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehranın mərkəzinə yaxın ərazidə yerləşən tunel şəhərin metrostansiyasını İmam Xomeyni xəstəxanası ilə birləşdirəcək və bununla da tibb müəssisəsinə birbaşa yeraltı çıxışı təmin edəcək. Qeyd olunur ki, İran ilk dəfə olaraq ölkədə müdafiə məqsədi ilə tunel tikir.
Xatırladaq ki, oktyabrın sonunda İsrail İrandakı hədəflərə kütləvi hücum həyata keçirib. Təl-Əviv zərbəni Tehranın oktyabrın 1-də İsrailə hücumuna cavab adlandırıb. İran cavab vəd edib.
Nuranə Məmmədova