HƏMAS əsir mübadiləsinin dördüncü raundunda Qəzzadakı 3 israilli əsirdən 2-ni Qırmızı Xaça təhvil verib.
Elchi.az xəbər verir ki, HƏMAS və İsrail arasında məhbus mübadiləsinin dördüncü turunda Qəzzadakı İsrail mülki kişi əsirləri Ofer Kalderon və Yarden Bibas Xan Yunisdə Beynəlxalq Qırmızı Xaç komandasına təhvil verilib.
Əsir mübadiləsinin dördüncü mərhələsində Qəzza zolağından azad ediləcək üç israilli məhbusun Qırmızı Xaç Cəmiyyətinə təhvil verilməsinə başlanılıb.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin qrupları iki məhbusun təhvil verilməsi üçün sənədlər imzalayıb.
İsrail ordusu açıqlamasında Qırmızı Xaç rəsmiləri tərəfindən təhvil verilən İsrailli mülki məhbuslar Bibas və Kalderonu daşıyan maşınların ölkəyə doğru getdiyini təsdiqləyib.
HƏMAS-ın dünən verdiyi açıqlamaya görə, ABŞ-İsrail ikili vətəndaşı Keith Siegelin də sərbəst buraxılması gözlənilir.
Nuranə Məmmədova