image-1735219630_58backend

Qəzzada 3 körpə donaraq ölüb

İsrailin Qəzzaya davam edən hücumları səbəbiylə minlərlə fələstinli təhlükəsiz sığınacaq tapmaq ümidi ilə Əl-Məvasi bölgəsindəki müvəqqəti çadır düşərgələrinə sığınıb.

Elchi.az xəbər verir ki, lakin bölgədə hökm sürən kəskin soyuqlar müdafiəsiz körpələrin həyatını təhlükə altına qoyur.

Çərşənbə günü Qəzzanın cənubundakı Əl-Məvasidə yeni doğulmuş Sile Mahmud Əl-Fasih şiddətli soyuqdan ölüb. Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Dr. Munir Əl-Burş körpənin “həddindən artıq soyuqdan donaraq öldüyünü” açıqlayıb. Son 48 saatda Şile ilə birlikdə həddindən artıq soyuq və uyğun sığınacaq şəraitinin olmaması səbəbindən daha iki üç günlük və bir aylıq körpə həyatını itirib.

Nasser Hospitalın Pediatriya və Doğuş şöbəsinin müdiri Dr. Əhməd Əl-Ferra Qəzzada səhiyyə sisteminin çökmək ərəfəsində olduğunu və xüsusilə körpələrin sağ qalma şanslarının getdikcə azaldığını bildirib. Əl-Məvasi daha əvvəl İsrail tərəfindən “humanitar zona” elan edilmişdi. Bununla belə, bölgə tez-tez hücumlara məruz qalır və minlərlə məcburi köçkün fələstinli neylon və parça parçalarından hazırlanmış çadırlarda sağ qalmaq üçün mübarizə aparır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki