image-63369_srcbackend

“Qeyri-fars millətlər İranda inqilab edə bilər”- Brenda Şaffer

“İranda qeyri- fars millətlərinin sayı Qərb mənbələrinin bu ölkədə etniklərin sayı ilə bağlı CİA-in “Fakt Kitabı”na istinadla təqdim etdikləri rəqəmdən yüksəkdir”.

Bu sözləri Demokratiyaların Müdafiəsi Fondunun enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer Yaxın Şərqlə bağlı keçirilmiş onlayn konfransda deyib.

Qeyd edək ki, “İran yalnız fars imperiyası deyil” adlı monoqrafiyanın müəllifi Brenda Şaffer İran mənbələrini araşdırıb və belə nəticəyə gəlib ki, ölkədəki müxtəlif etniklər, o cümlədən Azərbaycan türkləri, bəluçlar, lorlar, Əhvaz ərəbləri və kürdlər İran əhalisinin yarısından çoxunu təşkil edir.

İran hökumətinin ölkə daxilində apardığı sorğuda isə qeyd edilir ki, əhalinin təxminən 40%-i fars dilində danışa bilmir.

Cəmiyyətin çoxmillətli olmasına baxmayaraq, rejim fars mərkəzli ideologiyanı əsas tutur və qeyri-fars millətlərə qarşı kəskin basqı və repressiya siyasəti yürüdür.

Rejimin etniklərin dillərini qadağan etməsinə də toxunan Şaffer bunu “İran hökumətinin ailədaxili məsələlərə soxulması” kimi dəyərləndirib.

Təhlilçi qeyd edib ki, etniklərin əksəriyyətinin şiə müsəlmanları olmasına rəğmən, Tehran hökuməti onlara qarşı basqı siyasəti yürüdür. Bu isə öz növbəsində onları indiki rejimin İslam Cümhuriyyəti olmadığına əmin edib.

Şaffer vurğulayır ki, zünü müsəlman ölkələrinin hamisi adlandıran İran rejimi ikinci Qarabağ savaşında Ermənistana dəstək verib. Bu isə İran cəmiyyətinin böyük əksəriyyətini təşkil edən Güney Azərbaycan türklərini arasında qəzəbə səbəb olub.

Əksinə, İsrailin Azərbaycan Cümhuriyyətinə dəstəyi isə Güney azərbaycanlıların bu ölkəyə rəğbətinin daha da artmasına səbəb olub.

Şaffer sonda qeyd edib ki, İran rejiminin qeyri-fars millətlərə qarşı yürütdüyü siyasət etniklərdə ona qarşı çıxışları daha da artırıb və Amerika bu məsələyə lazımi qədər önəm verməlidir.

C.E

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki