image-garabagbackend

“Qarabağ” – “Dinamo” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın Bakıda Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 24700 bilet satılıb.
Elchi.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki