Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Suriya prezidenti Bəşər Əsədə və ailəsinə sığınacaq verilməsi barədə qərarın Vladimir Putin tərəfindən qəbul edildiyini bildirib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Əlbəttə ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz”, – Kreml sözçüsü bildirib.
Ötən həftə Suriyadakı silahlı müxalifət Dəməşqi ələ keçirdiklərini və keçid hakimiyyətlərini formalaşdırdıqlarını açıqlamışdı. Dünəndən Suriyanın demək olar ki, bütün əraziləri bir həftə yarım ərzində Ərəb Respublikasının bütün iri şəhərlərini işğal edən müxtəlif müxalifət qruplarının nəzarəti altındadır.
Şərqdə silahlı müxalifət qrupları ilə kürd qüvvələri arasında toqquşmalar davam edir.
Yeganə