image-erdogan-ve-vucicaa-2336409backend

Prezident Ərdoğan Serbiya Prezidenti Vuçiç ilə telefon danışığı aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiçlə telefonla danışıb. Görüşdə Türkiyə ilə Serbiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Elchi.az bu barədə “TRT Haber”ə  istinadən xəbər verir.
Prezident Ərdoğan görüşdə iki ölkə arasında dostluq və həmrəyliyin gücləndiyini, Türkiyənin Serbiyada bir an əvvəl yeni hökumətin qurulmasını, sülhün və sabitliyin qorunub saxlanmasını arzuladığını, qurulacaq yeni hökumətlə ikitərəfli əlaqələri inkişaf etdirməyə davam edəcəklərini bildirib.
Prezident Ərdoğan iki ölkə arasında xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq sahələrinin artırılması istiqamətində görülən birgə səylərin yaxın gələcəkdə öz bəhrəsini verəcəyini bildirib.

Prezident Ərdoğan görüş zamanı Vuçiçin fevralın 8-də xidməti avtomobili ilə keçirdiyi qəzadan kədərləndiyini bildirib, ona da xoş arzularını çatdırıb.

Serbiya prezidenti Vuçiç də prezident Ərdoğanı ad günü münasibətilə təbrik edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki