image-c0843975-932e-323e-979f-1e481a3b4d65_850backend

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

Bu il Polşa ordusunda hərbçilərin sayı 230 minə çatdırılacaq.

Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk”, – nazir qeyd edib.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki