Rusiya Avropa sanksiyalarını qanunsuz hesab etməkdə davam edir.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib ki, bundan əlavə, Aİ sakinləri özləri də əziyyət çəkirlər.
O, əlavə edib ki, getdikcə daha çox avropalılar sanksiyaların iki ağızlı qılınc olduğunu anlamağa başlayıblar.
“Avropalılar bu sanksiyalara görə əziyyət çəkirlər”, – Kreml sözçüsü bildirib. Moskvanın onlara münasibəti dəyişməyib. Rusiya hələ də onları qanunsuz və beynəlxalq hüquqa zidd hesab edir. Bir gün əvvəl Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Rusiya əleyhinə sanksiyaların altı ay müddətinə uzadıldığını təsdiqləyib.
Yeganə