image-04-18backend

Peruda futbolçu ildırım vurması nəticəsində ölüb

Futbolçu Xose Hüqo De la Kruz Meza Peruda matç zamanı ildırım vurması nəticəsində həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti xəbər verir.
İnsident Juventud Bellavista və Familia Ciocca arasında regional liqa görüşü zamanı baş verib. Oyun Huancayo şəhərində baş tutub . Hakim ildırım vurmamış oyunu dayandırsa da, futbolçular meydanı tərk etməyə vaxt tapmayıb.
Meza yerindəcə keçinib, daha bir neçə futbolçu isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, 40 yaşlı qapıçı Xuan Çiokka Llakta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Peru baş verənlərdən hiddətlənib. İdmanın idarəetmə orqanına pis hava şəraitində yarışların dərhal dayandırılmasını təmin etmək üçün təhlükəsizlik protokollarını tətbiq etməyə çağırılıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki