“Gorus-Qafan avtomobil yolunun Eyvazlı və Çaycıya gedən hissələrində Azərbaycan gömrük postlarının quraşdırılması bizim xeyrimizədir” . Alp.az xəbər verir ki, bu fikirləri müsahibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Sual yarana bilər ki, bu yolda Ermənistan Respublikasının vətəndaşlarına və mallarına münasibətdə sərhəd nəzarəti həyata keçirilməməsi üçün danışıqlar aparmaq mümkün deyildimi? Bu, mümkün idi, lakin biz hesab edirik ki, bu postların qurulmasından biz də qazanacayıq”, – deyə Paşinyan bildirib.
Paşinyan bildirib ki, kömrük postlarının qurulmasından sonra da qiymətlər dəyişməyəcək.
Paşinyan onu da vurğulayıb ki, lazım gələrsə, Ermənistan da Gorus- Qafan avtomobil yolunda gömrük və pasport nəzarəti məntəqələri yaradacaq.